"Ölkəmizi tanıyaq" tur-aksiyası

        “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl-Şəmkir istiqamətində yola salınmaları münasibətilə tədbir keçirildi.

        Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdirləri, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, İctimai birliklərin rəhbərləri, veteranlar, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. 

        Məktəbimizin 9C sinif şagirdləri Səkinə Sadıxova Fuad qızı və Nərgiz Muradova Elşad qızı da bu turda iştirak edirlər.

        Məktəblilər milli musiqi sədaları altında avtobusla Gəncə intiqamətində yola düşdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi