Nümunəvi dərslər davam edir

        Məktəbin fəaliyyət və fənn aylıqları planına uyğun olaraq nümunəvi dərslər davam edir. Riyaziyyat fənni üzrə 11B sinfində F.Novruzovanın “Limitin xassələrinə aid çalışma həlli”, 9B sinfində T. Rəfiyevanın "Kvadrat funksiyanin qrafiki", 9C sinfində L.Həsənovanın "Kvadratik funksiyanın sıfırları", 9Ç sinfində V.Əliyevin  "Kvadratik funksiyanın sıfırları", 7C sinfində M.Sadıxovanın "Birhədli və onun standart şəkli", 8A sinfində A.Abbasovanın "Dördbucaqlıların təsnifatı", 6B sinfində M.Hüseynovanın "Faiz. Nisbət. Düz mütənasib kəmiyyətə aid çalışma həlli",  coğrafiya fənni üzrə 9C sinfində Ş.İskəndərovanın "Azərbaycanın relyefi", tarix fənni üzrə 6B sinfində N.Məmmədovanın "Azərbaycanda tunc dövrü", biologiya fənni üzrə 7C sinfində “Çılpaqtoxumlu bitkilər” mövzularında nümunəvi dərslər keçirildi.

        Dərslər müasir təlim metodlarının tələbinə uyğun olaraq planlaşdırılmış, tələb olunan standartlar reallaşdırılmışdır. Şagirdlərin qazandığı biliklər əsasında yeni mövzuların təhlili aparıldı. Şagirdlərin hazırcavablılığı, fəallığı tədrisin səviyyəsinin yüksək olmasını göstərirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi