İbtidai siniflərdə nümunəvi dərslər

        Məktəbin fəaliyyət və fənn aylıqları planına əsasən Ana dili fənni üzrə növbəti nümunəvi dərslər 2C sinfində müəllim G.Yusubovanın "İsti ana qucağında", 2Ç sinfində müəllim N.Məmmədovanın "Bağban və oğulları", 2D sinfində müəllim Ş.Mustafayevanın "Bağban və oğulları", 3Ç sinfində müəllim F.Mustafayevanın "Yaxşılığa yaxşılıq", 4C sinfində müəllim H.Abdullayevanın "Çünki oldun dəyirmançı", 4D sinfində "Niyə siz deyirik?" mövzularında oldu.

        Dərslərdə müasir təlim metodlarından istifadə edildi. Belə ki dərs boyu müzakirə, debat , Venn diaqramı üsullarından istifadə edildi. Şagirdlərin aktivliyi və sərbəst nitqi, dolğun müzakirələri tədrisin keyfiyyətinin yüksək olmasını göstərirdi. Diqqət çəkən məqam isə şagirdlərin verilən hər suala uyğun atalar sözləri və məsəlləri nümunə gətirməsi idi. Atalar sözü və məsəllərin fərqini mükəmməl izah etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi