Nümunəvi dərs keçirildi

      Məktəbin fəaliyyət planına uyğun olaraq V-XI siniflərdə riyaziyyat, I-IV siniflərdə isə ana dili fənn aylığına start verildi.

        01.11.2018-ci il tarixdə VIII b sinfində müəllim Fuad Məmişovun "Dördbucaqlıların təsnifatı" mövzusunda nümunəvi dərsi oldu. 
        Müəllim maraqlı motivasiya ilə dərsə giriş etdi. Şagirdlərin aktivliyi verilən mövzunun ümümiləşməsinin mənimsənilməsindən xəbər verirdi. Tədqiqat sualı ilə tədqiqatın aparılması mərhələsinə keçid edən şagirdlərdə verilən qrup işləri bir daha fəallıq yaratdı. Praktik məsələ həll etmə bacarığı, şagirdlərin əvvəlki dərslərə istinad edərək izahetmə bacarığı olduqca yüksək idi. 
        Dərsin mərhələləri vaxt hesabı ilə doğru yerinə yetirilirdi. Qiymətləndirmə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi