"Elektron Sınaq Qiymətləndirmə" layihəsi

       26.10.2018-ci il tarixdə məktəbimizin qoşulduğu "Elektron Sınaq Qiymətləndirmə" qrant layihəsində testlərin tərtibi və layihə haqqında ətraflı məlumat almaq üçün seminar təşkil edildi. Seminarı məktəbin rəhbəri Natəvan Əsədova açaraq bu layihəni dəstəklədiyini bildirdi və müəllimlərin belə qrant layihələrdə iştirakını tövsiyə etdi.

        Layihənin məqsədinin izahını verdikdən sonra məktəbin ingilis dili müəllimi Mahmudova Ramilə sq.edu.az saytından istifadə qaydalarını izah etdi və bacarıqlara daha da mükəmməl yiyələnmək üçün praktik seminarlar təşkil edilməsini təklif etdi. Təklif qəbul edildi. Seminarlar gələn həftədən başlayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi