“Uşaq hüquqları”

        25.10.2018-ci il tarixdə məktəbimiz Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi ilə birgə “Uşaq hüquqları” mövzusunda tədbir keçirdi.
        Tədbirdə məktəbin direktoru N.Əsədova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova, tarix müəllimi V.Hüseynov, uşaq birliyinin rəhbəri Ə.Həmzəyeva və 5, 6, 7- ci sinif şagirdləri iştirak etdilər. 
        Uşaq şöbəsinin müdiri S.Sərdarova şagirdlərə “Uşaq hüquqlarının qorunması” mövzusunda geniş və maraqlı məlumat verdi. Daha sonra məktəblilərlə “Bizim hüquqlarımız” mövzusunda maraqlı diskussiya apardı. 
        Baş kitabxanaçı A.Əliyeva məktəblilərə “Təhsil hüququ” haqqında ətraflı məlumat verdi.
        Məktəbimizin tarix müəllimi V.Hüseynov, təlim-tərbiyə işləri üzrə direktor müavini S.Əhmədova “Azərbaycanda uşaqlara dövlət qayğısı” və “Uşaq hüquqları Konvensiyasının maddələri” mövzularında çıxışlar etdilər. 
        Sonda baş kitabxanaçı A.Əliyeva məktəbliləri “Uşaq hüquqları” başlığı altında təşkil olunan sərgidəki kitablarla tanış etdi. 
        Tədbirin məqsədi məktəbliləri maarifləndirməkdən ibarət oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi