Valideynlərlə görüş

            17.10.2018-ci il tarixdə "Məktəblinin dostu" layihəsi çərçivəsində məktəbin akt zalında valideynlərlə görüş keçirildi. İclasda məktəbin direktoru Natəvan Əsədova, tərbiyə işləri üzrə direktor müavini Solmaz Əhmədova və "Məktəblinin dostu" layihəsinin nümayəndələri iştirak etdi. 
            Valideynlərlə görüşdə layihə, layihənin fəaliyyət göstərdiyi müddət ərzində həyata keçirilən tədbirlər, görülən işlər barədə valideynlərə ətraflı məlumat verildi və valideynlərin sualları cavablandırıldı. Görüşdə “Məktəb-valideyn-şagird münasibətləri” mövzusu müzakirə edildi.
           Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi