18 Oktyabr - Azərbaycanın Milli Müstəqillik Günü

        Məktəbimizdə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü"nə həsr olunan konfranslar, “Dəyirmi masa”lar təşkil edilib. Eləcə də bayram münasibətilə fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

        Tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb. Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi