Metod şura iclası
Məktəbin fəaliyyət planına uyğun olaraq 16.10.2018-ci il tarixdə metod şura iclası keçirildi. İclasın məqsəd və vəzifəsi
- Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması,
- fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə marağının artırılması,
- müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması,
- fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması,
- müəllim və şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi,
- fənn müəllimlərinin və şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyəti və səviyyəsinin öyrənilməsi, təbliği,
- qabaqcıl təcrübənin öyrənilməsi,
- təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılmasıdır.
İclasda iştirak edən metodbirləşmə rəhbərlərinə fənn aylıqları cədvəli təqdim edildi və rəhbərlər tərəfindən verilən təkliflər dinlənildi. Fənn aylıqları cədvəlləri müəyyənləşdirildi.