Dərsdinləmələr davam edir
Məktəbin Fəaliyyət planının 1.1.1.9-cu bəndinə əsasən 9A sinfində müəllim Mehrəliyeva Lalənin "Amalım millətimi sədaqətə qovuşdurmaqdır" mövzusunda ədəbiyyat dərsi və riyaziyyat müəllimi Həsənova Lalənin "Çevrə, Vətər" mövzusunda riyaziyyat dərsi dinlənildi.
Dərsin dinlənilməsində məqsəd tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin hansı istiqamətdə qurulmasını izləməkdən ibarət idi.
Şagirdlərin təlim tapşırığını uğurla həll etməsi müəllimin onların potensial imkanlarını nəzərə almasından xəbər verirdi.