"Son zəng" - 2018

        Məktəbimizdə 2017-2018- ci tədris ilinin başa çatması münasibətilə “Son zəng” keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri R.Göyüşov, məktəbimizin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdi.
        Məktəbimizin direktoru N.Əsədova çıxış edərək məzunlarımızın uğurlarından danışdı, uğur əldə etmiş, tədris ili ərzində nailiyyətləri ilə fərqlənmiş şagirdlərə fəxri fərmanlar təqdim olundu. Şən rəqslər, əyləncəli musiqi nömrələri, mahnılar şagirdlərimizin həyatlarının yeni mərhələsinə necə böyük coşqu ilə atıldıqlarını göstərirdi.
        Nəhayət zəng çalındı. 11-cilər üçün son dəfə çalınan bu zəng, əslində gələcəyə doğru bir addımdır. Uğurlarınız bol olsun, əziz şagirdlərimiz! Çalışın ki, hər zaman Vətənə, insanlığa faydalı olun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi