“Rus Dili Günü”

        Ədəbi yaradıcılığı müxtəlif millətlərdən olan insanları birləşdirən, əsərləri dünyanın bir çox dillərinə tərcümə edilən A.S.Puşkin 6 iyun 1799-cu ildə Moskvada anadan olmuşdur. O, müasir ədəbi rus dilinin banisi hesab olunur.
        “Müxtəlif mədəniyyətlərin və dillərin inkişafına dəstək” proqramı çərçivəsində BMT- nin İctimai Məlumatlar Departamentinin qərarına əsasən, hər il 6 iyun “Rus Dili Günü” kimi qeyd olunur.
        Məktəbimizin 3b və 5ç sinif şagirdləri rus dili müəllimləri G.Quliyeva və İ.Cəfərquliyeva ilə birlikdə “Rus Dili Günü” nü qeyd etdilər. Maraqlı səhnəciklər, şerlər, rəqslər və musiqi nömrələrində rus xalqının mədəniyyəti nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi