“Təhsil-millətin gələcəyidir” mövzusunda konfrans

        Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və H.Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizdə silsilə tədbirlərin keçirilməsi davam edir. 23.05.2018-ci il tarixdə məktəbdə “Təhsil-millətin gələcəyidir” mövzusunda elmi-bədii konfrans keçirildi.

        Tədbirdə Cümhuriyyətin yaranma tarixi,100 il ərzində Azərbaycan elminin və təhsilinin inkişaf yolları, azərbaycanlı alimlərin müxtəlif elmlərin inkişafında rolu haqqında geniş məlumat verildi. Şagirdlərin ifasında şerlər, mahnılar dinlənildi, təqdimatlar nümayiş etdirildi. Tədbirin sonunda şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi