Şəhid ailəsini ziyarət

Binəqədi rayonu R.Əliyev adına 3 №-li məktəbdə 20 Yanvar faciəsinə dair ”Torpaq uğrunda ölən varsa Vətəndir!” başlığı ilə keçirilən silsilə tədbirlər davam edir. Yanvarın 14-də məktəbin rəhbərliyi,pedaqoji kollektivin nümayəndəsi, UBR, IX və XI sinif şagirdləri şəhid R.Əliyevin ailəsində olmuş,onun anası Zemfira xanımla görüşmüşlər. Bu tədbir zamanı şəhidin ailəsinə ərzaq məhsullarından ibarət sovqat verilmiş,müəllim kollektivinin daxili imkanları hesabına yardım göstərilmişdir. Məktəbin kollektivi bundan sonra da şəhidin ailəsi ilə müntəzəm əlaqə saxlayacağını bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi