Torpaq uğrunda ölən varsa, Vətəndir!

Binəqədi rayonu R.Əliyev adına 3 N-li tam orta məktəb 20 Yanvar faciəsinin 26 - cı ildönümü ilə əlaqədar “Torpaq uğrunda ölən varsa, Vətəndir!” adlı silsilə tədbirlərin keçirilməsinə başladı. 14 Yanvar 2016-cı ildə məktəbdə bu faciəni də əks etdirən V , VIII sinif şagirdlərinin əl işləri sərgisi, VII sinif şagirdlərinin düzəltdiyi stend, VI sinif şagirdlərinin hazırladığı şəhid Rüstəm Əliyevin həyatı və fəaliyyətini əks etdirən foto - stend bütün sinif şagirdlərinin hazırladığı divar qəzetləri nümayiş etdirildi. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi