Heydər Əliyevin anadan olmasının 95 - ci ildönümü

        10 may 2018-ci il tarixdə məktəbimizdə Azərbaycan Respublikasının Ümummili lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Azərbaycan Səninlədir – Sənsiz deyil” adlı tədbir keçirildi. Tədbirdə məkəb rəhbərliyi, 5 D, 7 A, 8 B, 10 A sinif şagirdləri, müəllimlər və valideynlər iştirak etmişdir. 
        Şagirdlər görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafı sahəsində gördüyü işlər haqqında məlumatlar verdilər. Daha sonra şagirdlərin ifasında şeirlər söylənildi, mahnılar ifa edildi.
        Sonda çıxış edən məktəbin direktoru Natəvan Əsədova Ulu Öndərin xalqımıza göstərdiyi misilsiz xidmətlərindən danışdı və hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğuladı. 
        Bu gün hər birimiz Ümummilli liderin dünyaya tanıtdığı müasir, müstəqil Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi