“General Səməd bəy Mehmandarov və müasir gənclik” mövzusunda keçirilmiş dəyirmi masa.

General Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş tədbir 23 dekabr 2015-ci il tarixində Binəqədi rayon R. Əliyev adına 3 saylı tam orta məktəbdə rəhbərliyin, müəllimlərin və şagirdlərin iştirakı ilə keçirildi. Tədbiri məktəbin hərbi rəhbəri leytenant Elgiz Səlimov açdı. O,Səməd bəy Mehmandarovun həyat fəaliyyəti, nailiyyətləri, döyüşlərdə qazandığı şücaətlərə görə orden və medallar haqqında məlumat verdi. Azərbaycan Xalq Cümhuriyyətinin Hərb Naziri vəzifəsində çalışdığı dövrdə general S.Mehmandarovun gördüyü işlər və onların nəticələri haqqında video çarx nümayiş etdirildi. Məktəbin tarix müəllimi Şərqiyyə Məmmədhüseynova bu böyük şəxsiyyət haqqında tarixi faktlar danışaraq, Rus-Yapon və I Dünya müharibəsindən epizodlar danışdı, sitatlar gətirdi. Məktəbin direktoru Əsədova Natəvan, təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənova Kifayət, tərbiyə işləri üzrə direktor müavini Əhmədova Solmaz və tədbirin digər iştirakçıları mövzuya öz münasibətlərini bildirdilər . Tədbirdə iştirak edən IX sinif şagirdləri general S. Mehmandarov və Azərbaycan Ordusunun əsgərləri haqqında fikirlər söylədilər. Yekunda məktəbin hərbi rəhbəri leytenant Elgiz Səlimov dəyirmi masanın qonaqlarına iştirak və çıxışları üçün öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi