“Məktəbdən başlayan həyat” layihəsi

        Azərbaycan Respublikası Təhsil Nazirliyi , “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi , “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi , “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Anacan.az” ailə portalının təşkilatçılığı ilə “Məktəbdən başlayan həyat” layihəsi davam edir. Layihə çərçivəsində məktəbimizdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu tərəfindən “Şagirdin şəxsiyyət kimi formalaşması və bu dövürlərdə şagird, müəllim, valideyn münasibətlərinin tənzimlənməsi”, “Şagirdlərdə özgüvən və motivasiyanın yaradılması”, “Uşaqların təhsilə adaptasiyası” mövzularında təlimlər keçirilib.

        Təlim zamanı şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktik oyunlar icra edilib. Layihənin əsas məqsədi bu mövzularda şagird, müəllim və vaildeynlərin maarifləndirilməsi, bu prossesdə ictimai nəzarət mexanizminin formalaşmasına dəstək vermək, şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların təfəkkürünün inkişafında təhsilin vacibliyini önə çəkmək və zərərli vərdişlərdən asıllığın aradan qaldırılması məsələlərində düzgün yolu aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi