№1 çörək zavoduna ekskursiya

        Məktəbimizin 4 C sinif şagirdlərinin “GİLAN HOLDİNG” MMC №1 çörək zavoduna ekskursiyası təşkil olunmuşdur. “GİLAN HOLDİNG” MMC №1 çörək zavodunda şagirdlərə iqtisadiyyatın fəaliyyəti, formaları haqqında məlumat verilmişdir. Şagirdlərimiz laboratoriyada unun keyfiyyətinin yoxlanılması prosesində iştirak ediblər.

        Ekskursiyanın təşkil olunmasında məqsəd şagirdlərdə iqtisadiyyata, təbiətə maraq oyatmaq və sərvətlərdən düzgün istifadə etməyi öyrətməkdir. Ekskursiyanın sonunda iştirakçılara  hədiyyə paketləri təqdim olunub. Çox maraqlı gəzinti şagirdlərin böyük marağına səbəb olub.

        Şagirdlərimizi çox yüksək səviyyədə qəbul etdiklərinə görə “GİLAN HOLDİNG” MMC №1 çörək zavodunun rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi