"İmzalı görüş" layihəsinin növbəti tədbiri

        26.04.2018-сi il tarixdə məktəbimizdə “İmzalı görüş” layihəsinin növbəti tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikasının millət vəkili, Azərbaycanın əməkdar jurnalisti, yazıçı Aqil Abbas, məktəbin direktoru Natəvan Əsədova, Binəqədi rayon MKS-nin direktor müavini Xuraman Ələkbərova, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova, İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, baş kitabxanaçı Aygün Əliyeva, müəllim kollektivi və IX-XI sinif şagirdləri iştirak etdi.

        Tədbiri məktəbin direktoru Natəvan Əsədova açaraq qonaqları salamladı, sonra sözü Binəqədi rayon MKS-nin direktor müavini Xuraman Ələkbərovaya verdi. Daha sonra Binəqədi rayon MKS-nin baş kitabxanaçısı Aygün Əliyeva məktəbliləri kitabxananın fondundan seçilmiş və Azərbaycan kino tarixini özündə əks etdirən ədəbiyyatla tanış etdi, nüsxələri uşaqlara təqdim edərək onlar haqqında ətraflı danışdı. Binəqədi rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva müasir zamanda Qarabağ müharibəsini özündə əks etdirən “Dolu filmi” haqqında məlumat verdi.

        Millət vəkili, yazıçı, “Dolu filmi”nin ssenari müəllifi Aqil Abbas çıxış edərək film haqqında geniş danışdı, maraqlı və faydalı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü, şagirdlərlə səmimi şəkildə söhbət apardı ki, bu da şagirdlər arasında böyük sevincə səbəb oldu. Daha sonra məktəblilərin suallarını cavablandırdı və öz kitablarından şagirdlərə hədiyyələr verdi. Sonda “Dolu filmi” nümayiş olundu.

        Tədbirin məqsədi məktəblilərin mütaliə vərdişlərini təkmilləşdirmək və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına nail olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi