"Oxu günü" tədbiri

        20 aprel 2018 – ci il tarixində “Oxu həftəsi” çərçivəsində məktəbli və gənclər arasında oxu və mütaliə vərdişlərinin aşılanması məqsədilə məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına uyğun olaraq növbəti “Oxu günü” keçirildi. Tədbirdə məktəbin direktoru Natəvan Əsədova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu, Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva, Binəqədi rayon MKS-nin baş kitabxanaçısı Aygün Əliyeva iştirak etdilər. Tədbiri məktəbin direktoru Natəvan Əsədova açaraq qonaqları salamladı. Çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu müəllifi olduğu “Bənzərəm bir qocaman dağa ki…” kitabından bəhs edərək satirik şair Mirzə Ələkbər Sabirin öz dövründə savadsızlığa və cahilliyə qarşı çıxdığını, savadlı olmanın vacibliyindən danışdı. Professor Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığından geniş bəhs etdi. Daha sonra məktəblilərə mütaliənin və kitabxanalardan istifadənin vacibliyi haqqında öz tövsiyyələrini verdi.

        Binəqədi rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva “Kitablar virtual aləmdə” mövzusuna toxunaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaratdığı virtual kitabxana ebooks.azlibnet.az saytı haqqında məlumat verdi. Binəqədi rayon MKS-nin baş kitabxanaçısı Aygün Əliyeva “Canlı kitabları heç nə əvəz edə bilməz” mövzusunda çıxış edərək canlı kitabların, kitab ətrinin özünəməxsus və əvəzsiz olmasından söhbət açdı. Daha sonra 11 “c”, 8 “a”, 8 “b”, 8 “c” sinif şagirdləri Mirzə Ələkbər Sabirin “Səttərxana müsəddəsi”, “Nə işim var...”, “Xandostu amandı qoyma gəldi...”, “Ey fələk zülmün ayandır” şeirlərini söylədilər, “Amalımız, əfkarımız haqqında” mövzusunda çıxışlar etdilər. Tədbirin məqsədi uşaqlar və yeniyetmələr arasında mütaliə vərdişlərini, kitab oxumaq ənənəsini formalaşdırmaq, məktəbliləri kitabxanalara cəlb etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi