"Oxu həftəsi" çərçivəsində əsər müzakirəsi

        Aprelin 18-dən etibarən məktəbimizdə “Oxu həftəsi”nə start verilib.
        Məktəbimizdə “Oxu həftəsi” çərçivəsində VIII sinif şagirdləri arasında İlyas Əfəndiyevin “Söyüdlü arx” əsəri, V sinif şagirdləri arasında isə Cəlil Məmmədquluzadənin “Buz” hekayəsi müzakirə olundu.  

        “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
        “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi