"Müstəqilliyimiz əbədidir" inşa müsabiqəsi

         Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” əmri ilə təsdiq edilmiş Tədbirlər planının 5-ci bəndinin icrasını təmin etmək, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədilə məktəbimizdə "Müstəqilliyimiz əbədidir" inşa yazı müsabiqəsinin I mərhələsi keçirilmişdir.

             Müsabiqə məktəbimizin IX-XI sinif şagirdləri arasında keçirildi. Məktəb üzrə birinci yeri tutmuş şagirdimiz  - Cəfərova Gülşən Əlövsət qızının adı şəhər mərhələsinin Təşkilat komitəsinə göndərildi. Şagirdimizə növbəti mərhələdə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi