Tarix Muzeyinə ekskursiya
Məktəbimizin 5 Ç sinif şagirdləri sinif rəhbərləri ilə birlikdə Tarix Muzeyinə ekskursiya etmişlər.
Ekskursiyada məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, onlara Azərbaycanın tarixini daha yaxşı mənimsətməkdən ibarət idi. Muzeyə baxış bələdçinin tarix muzeyi haqqında məlumatları ilə başladı. Şagirdlərimiz burada qədim əmək alətləri, milli geyimlərimiz və digər eksponatlarla tanış oldular və xoş təəssüratlarla qayıtdılar.