“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsi

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” əmri ilə təsdiq edilmiş Tədbirlər planının 6-cı bəndinin icrasını təmin etmək, Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, nitq mədəniyyətlərini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirmək məqsədi ilə bu gün məktəbimizdə “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin I mərhələsi keçirilmişdir.

        Bədii qiraət müsabiqəsi məktəbimizin V-VIII sinif şagirdləri arasında keçirildi. “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin qalibləri 5 bal sistemi üzrə aşağıdakı meyarlar əsasında müəyyənləşdirildi: seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi, təqdimetmə bacarığı, ifa üçün ayrılmış vaxta (5-7 dəqiqə) riayət edilməsi.

        Şagirdlərimizə növbəti mərhələdə uğurlar arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi