31 Mart - Azərbaycanlıların Soyqırımı

        Məktəbimizdə Azərbaycanlıların Soyqırımına həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. 31 mart 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar məktəbimizdə “dəyirmi masa”lar, divar qəzetlərinin hazırlanması, esse, qiraət gecələri və soyqırımla bağlı sənəndli film nümayişi təşkil olunub.
        Bu gün məktəbimizdə tariximizin daha bir qanlı səhifəsi olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ədəbi-bədii gecə keçirildi.Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı. Sonra məktəbimizin tarix müəllimi Allahverdiyeva Amalya çıxışında bu hadisələrin mahiyyəti haqqında geniş məlumat verərək, 1918-ci il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc azərbaycanlıları amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 mindən çox şəxsin öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması haqqında danışmışdır. Tədbirin sonunda 31 mart hadisələrini özündə əks etdirən sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi