Novruz bayramı

        Baharın gəlişinin müjdəçisi olan Novruz bayramı məktəbimizdə də təntənəli şəkildə qeyd olundu. 

        Məktəbin 5 A, 5C, 5 D, 6 A, 6 B, 7 B, 8 D, 9 Ç sinif şagirdlərinin iştirakı ilə keçirilən bayram şənliyində xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəl və kosanın məzəli əhvalatları tədbir iştirakçılarının əhvali-ruhiyyəsinə bayram ovqatı qatdı.
        Məktəblilərin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin əvəz olunmaz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
        Bayram tədbirində bildirildi ki, xalqımız qədim türk məişətini, əxlaqını, bədii zövqünü özündə cəmləşdirən Novruz bayramını tarixən yaşadaraq bu günümüzədək gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin borcudur. 
        Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi