“Ölkəmizi Tanıyaq”-Naxçıvan turu

        14 mart tarixində “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirildi. Binəqədi məktəblilərinin içərisində məktəbimizin 9B sinif şagirdi Həsənli Heydər Fuad oğlu da var idi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Elman Dadaşov, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər.
        Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu.
        Çıxış üçün söz Binəqədi Rayon İcra hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərova verildi. Natiq Naxçıvanda inkişafın miqyasının illərlə, aylarla deyil, günlərlə ölçüldüyünü söylədi. Xaləddin İsgəndərov Naxçıvan Muxtar Respublikasının Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində olmasına baxmayaraq yüksək inkişaf mərhələsində olduğunu dedi. 
        Sonda səfərin proqramı ilə iştirakşılar tanış oldular və tədbir bədii hissə ilə davam etdi. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.
        Sonda Tur–aksiya iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi, eyni zamanda Azərbaycan bayrağını qürurla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi