Mehriban Əliyevanın həyat və fəaliyyəti

        13.03.2018-ci il tarixdə məktəbimizdə tarix müəllimi Şərqiyyə Hüseynovanın rəhbərliyi ilə 9B sinif şagirdlərinin təşkil etdiyi "Mehriban Əliyeva: həyat və fəaliyyəti" mövzusunda "dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev fondunun sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın milli - mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu vurğulanmışdır. 
        Mehriban xanım Əliyevanın simasında müasir Azərbaycan qadını obrazı, cəmiyyətimizdə qadının rolu və ona verilən yüksək dəyər, milli - mədəni irsimizin öyrədilməsinin və qorunub saxlanılmasının təbliği məqsədilə keçirilən "dəyirmi masa"da məktəb rəhbərliyi və pedaqoji kollektivin üzvləri iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi