"Xocalı-unutmadıq, unutmarıq"

        23.02.2018-ci il tarixdə Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində keçirilən növbəti tədbirlərdən birinə tarix müəllimi Abdinova Çiçək dərs dediyi 8c sinif şagirdləri ilə birgə imza atdı. "Xocalı-unutmadıq, unutmarıq" adlı tədbirdə şagirdlərin sərbəst olaraq dərsdə öyrəndikləri və əlavə əldə etdikləri materiallar əsasında Xocalı soyqırımının başvermə səbəbləri, hadisənin dəhşətləri, Xocalı camaatının 21-ci əsrdə məruz qaldığı misli görünməmiş vəhşiliklər, statististik məlumatlar bir daha iştirakçılara təqdim olundu.

        Şagirdlərin hazırladığı şeirlər və tamaşa o qanlı faciənin ağrı- acısının nə qədər dərin olduğunu əks etdirdi. Tədbirdə şagirdlərin əl işləri də nümayiş olundu. Tədbirdə məktəbin direktor müavinləri və tarix müəllimləri iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi