Veteranlarla görüş
22.02.2018-ci il tarixdə məktəbimizdə Xocalı faciəsinin 26-cı ildönümünü ilə əlaqədar “Xocalıya gedən yol” mövzusunda “dəyirmi masa” keçirilmişdir. “Dəyirmi masa”da Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri polkovnik Adil Haqverdiyev , həmin şöbənin mütəxəssisi İsmayıl İsmayılov, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, məktəbin 9B, 9A, 9C, 7Ç sinifləri və müəllimlər iştirak edirdilər.
Veteranlar – Adil Haqverdiyev , İsmayıl İsmayılov və Telman Hətəmov şagirdlərə xalqımızın tarixini dərindən öyrənməyi, müstəqil Azərbaycanımızın gələcəyi olan şagirdlərə tariximizdən ibrət dərsi almağı tövsiyə etdilər.