"İnsan alverinə qarşı mübarizə"
"İnsan alverinə qarşı mübarizə" mövzusunda 8A sinfinin iştirakı ilə məktəbimizdə "dəyirmi masa" keçirilmişdir. Sinif rəhbəri Kəmalə Həsənova şagirdlərə Azərbaycan Respublikasında "İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı" barədə məlumat vermişdir.
Şagirdlər insan alverinin hansı məqsəd və üsullarla törədilməsi, insan alveri qurbanlarının müdafiəsi sahəsində görülən işlər haqqında əldə etdikləri məlumatları bölüşmüşlər.