Beynəlxalq Ana Dili Günü

        “Beynəlxalq Ana dili günü” münasibəti ilə məktəbimizdə 9Ç sinif şagirdlərinin iştirakı ilə “dəyirmi masa” keçirildi. Tədbiri həmin sinfin Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Labudə giriş sözü ilə açdı. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə keçirilən “Beynəlxalq Ana dili günü” hər kəsə öz ana dilini hiss etdirmək, onunla qürur duymaq, onu qorumaq, onu inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ana dili hər bir xalqın milli sərvəti, qan yaddaşıdır.

        “Dəyirmi masa” ətrafında Azərbaycan dili və onun tarixi, ümummilli lider Heydər Əliyev və onun Azərbaycan dili uğrunda apardığı misilsiz xidməti, söz sənətkarlarının dilimizin zənginləşməsində rolu və s. mövzularda söhbətlər aparıldı, şagirdlərin çıxışları dinlənildi. Ana dilinin qorunması, onun zənginləşməsində dövlətimizin apardığı güclü siyasət xüsusilə vurğulandı. “Dəyirmi masa”nın keçirilməsində məqsəd dilimizin saflığı və təmizliyini qorumaq, ədəbi nitqin inkişafını təmin etməkdən ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi