Valideynlərlə birgə fəaliyyət
Məktəbimizdə fəaliyyət göstərən "Məktəblinin Dostları"nın valideynlərlə keçirdikləri silsilə görüşlər davam edir. İbtidai sinif şagirdləri valideynlərinin iştirak etdiyi görüşlərdə kiçik yaşlıların məktəb həyatı ilə bağlı məsələlər müzakirə edilir, psixoloji çətinliklərin həll yolları haqda fikir mübadiləsi aparılır.
Bu dəfəki müzakirədə "Aktiv Dinləmə" mövzusu işlənib, ünsiyyət növünün hadisələrin nəticələrinə təsiri və müxtəlif məqamlarda müvafiq yanaşma tərzlərindən bəhs edilib. Valideynlərin marağını nəzərə alaraq müzakirə görüşləri davamlı olaraq keçirilir.