Respublika fənn olimpiadalarına start verilib

        Bu gün məktəbimizdə Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib. Məktəbimizdə keçirilən olimpiadaya Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə 302 şagird qatılıb. Şagirdlərə 90 dəqiqə vaxt verilib və bu müddətdə heç bir neqativ hallara rast gəlinməyib. 

        Bu mərhələnin nəticəsinə əsasən, şagirdlər respublika mərhələsinin yarımfinalına çıxacaq. Burada da uğurlu nəticələri ilə seçilənlər, yəni verilən tapşırıqların 60 faizindən çoxuna cavab yazanlar son mərhələdə iştirak hüququ qazanacaqlar.
        Qeyd edək ki, bu il olimpiadada məktəbimizi 20 nəfər şagirdimiz təmsil edir. Hər birinizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi