"Dövlət bayrağının tarixi"

       23 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi məktəbimizdə Dövlət Bayrağının təbliği mövzusunda mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova mühazirələrlə çıxış etmişdir.

      Mühazirənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

      Mühazirədə şagirdlərə Azərbaycan bayrağının günümüzə qədər keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi