“20 Yanvar - tariximizin şərəf səhifəsi”

          Bu gün məktəbimizdə 20 Yanvar Hüzn Günü ilə əlaqədar “20 Yanvar - tariximizin şərəf səhifəsi” başlığı altında tədbir keçirildi.
        Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Fərman Abdullayev, Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
        Təbdiri giriş sözü ilə məktəbin direktoru Natəvan Əsədova açaraq, sözü Binəqədi rayon MKS-nin direktor müavini X.Ələkbərovaya verdi. Daha sonra Uşaq şöbəsinin baş kitabxanaçısı A.Əliyeva “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda, Uşaq şöbəsinin müdiri S.Sərdarova “20 Yanvar şəhidlərini unutmayaq” mövzusunda çıxış etdilər.
        Tədbirdə məktəbin şagirdləri “Qürur Günümüz” adlı kompozisiya təqdim etdilər. Sonra 20 Yanvar faciəsini əks etdirən kitab sərgisi və məktəbli oxucuların rəsm sərgisi nümayiş etdirildi. Kitabxananın əməkdaşları kitablar haqqında ətraflı məlumat verdilər.
        Yekun sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Fərman Abdullayev çıxış etdi.
        Tədbirin məqsədi azadlıq yolunda şəhid olan “20 Yanvar” faciəsinin qurbanlarının öz qanları ilə tariximizə əbədiyyət salnaməsi yazdığını diqqətə çatdırmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi