“Ümummilli Lider Heydər Əliyev və gənclik”

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı arasında razılaşdırılmış tədbirlər planına uyğun olaraq 10.01.2018-ci il tarixində məktəbimizin XI sinif şagirdləri ilə “Ümummilli Lider Heydər Əliyev və gənclik” mövzusunda dərs keçirildi.
        Məktəbimizin tarix müəllimi Vətən Hüseynov “Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan gəncləri üçün örnəkdir” mövzusu ilə Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolu haqqında geniş və əhatəli şəkildə məruzə etdi.
        Dərs zamanı Ulu Öndər haqqında video-film nümayiş etdirildi. Məruzəçi çıxışının sonunda Heydər Əliyevin Azərbaycan xalqına və onun tarixinə verdiyi qiymətin əvəzsiz olduğunu qeyd etdi və Heydər Əliyev irsini daha dərindən öyrənməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi