Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı

        29.12.2017-ci il tarixdə məktəbimizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirildi. 31 dekabr – Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərindən biri – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. 
        Tədbirdə 1 “b”, 2 “b”, 4 “b”, 6 “a”, 9 “a” sinif şagirdləri, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Tədbirdə ilk olaraq şagirdlər Həmrəylik Günü haqqında ətraflı məlumat verdilər. Sonra şagirdlərimizin hazırladıqları rəngarəng kompozisiyalar - rəqs, musiqi, şeir parçaları, viktorinalar tədbirə rəng qatdı və böyük marağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi