Kitabxanaya ekskursiya təşkil olunub

        Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına ekskursiya təşkil olunub. Ekskursiya məktəbimizin 5 “ç” sinif şagirdlərinin iştirakı ilə keçirilib.
        İlk öncə Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli ekskursiyaya gələn məkəbliləri salamladı. Daha sonra Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva Oxuculara xidmət şöbəsi haqqında məlumat verərək xidmətin iki dildə rus və azərbaycan dillərində aparılmasından, kitabxanaya üzv yazılma qaydalarından danışdı.
        Uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdləri Uşaq şöbəsi, “Nağıl otağı”, “Bacarıqlı əllər”, “Ekologiya aləmi”, “Uşaq hüquqları”, “Yol hərəkəti qaydaları” guşələri ilə tanış etdi və kitabxanada tərtib edilən sərgilər haqqında geniş məlumat verdi.
        Baş kitabxanaçı Aygün Əliyeva məktəbliləri Mərkəzi Kitabxananın Oxu zalı ilə tanış etdi, oxu zalından istifadə qaydalarından danışdı, tək nüsxə ədəbiyyatları məktəblilərə təqdim etdi.
İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəbliləri şöbə ilə yaxından tanış etdi, binagadi.cls.az saytı və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin facebook səhifəsi haqqında danışdı, şöbənin fondunda olan elektron resursları təqdim etdi. Daha sonra məktəblilər “Turizm Guşəsi” ilə tanış oldular, miniatür kitablara baxış keçirdilər.
        Məktəblilərin kitablar və kitabxana haqqında olan sualları ətraflı cavablandırıldı.
        Məktəblilər uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazıldılar. Sonda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi