Pedaqoji mühazirələr dinlənildi

        22 dekabr 2017-ci il tarixdə məktəbimizdə “Təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin məktəb mərhələsi keçirildi. Bölmələr yaradıldı, yaradılan hər bir bölməyə rəhbər təyin edildi, rəhbərin rəyi əsasında pedaqoji mühazirələrin məktəb mərhələsində 7 sayda məruzə dinlənildi. Məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, habelə müstəqil hazırlanması baxımından qiymətləndirildi və 2 məruzənin rayon (şəhər) mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim olunması qərarı verildi.

        Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllimləri aşkara çıxarmaqdan ibarətdir. 

        Məktəbi bu müsabiqədə təmsil edəcək müəllimlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi