"Ədəbiyyat biliciləri" müsabiqəsi

        22.12.2017-ci il tarixdə məktəbimizdə "Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb mərhələsi keçirildi. Bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılması məqsədi ilə VIII, IX, X və XI sinif şagirdlərinə sorğu vərəqləri paylandı. Şagirdlər sorğu vərəqlərindəki müvafiq sualları yazılı cavablandırdı, təəssüratlarını qısa şəkildə qeyd etdilər. 

        Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olundu və daha çox əsər mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlandı. 

        Həyata keçirilən tədbirlərin nəticəsi olaraq iki nəfər şagird rayon mərhələsində iştirak etmək üçün seçildi.

        Şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi