“Şəhadət” filminin təqdimatı keçirilmişdir

        Binəqədi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə 20 dekabr tarixdə məktəbimizdə gəncləri dini radikalizm, ekstremizm və ksenofobiya ilə mübarizə sahəsində maarifləndirmək məqsədilə “Şəhadət” filminin təqdimatı keçirilmişdir.

        Təqdimatda İcra Hakimiyyəti Aparatının İctimati-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, DQİDK-nin Bakı şəhəri nümayəndəliyinin əməkdaşları Samir Yoldaşov, Fidan Aslanova və məktəbin müvafiq müəllim və yuxarı sinif şagirdləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Natəvan Əsədova qonaqları salamlayıb, tədbirin keçirilmə məqsədi və zəruriliyi barədə danışdı. Daha sonra çıxış edən şöbə müdirinin müavini Şəmsi Gülverdiyev dini radikalizmlə mübarizədə gənclərin rolu mövzusunda çıxış edərək təqdim olunan filmin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı. O bildirdi ki, bu gün din pərdəsi altında gizlənən, eyni zamanda öz mərkli niyyətlərini həyata keçirmək istəyən qüvvələr ən çox gəncləri hədəf kimi seçirlər. Bu səbəbdən gənclər bu məqamda diqqətli olmalı, bu kimi niyyətlərin qurbanına çevrilməməlidirlər.

        DQİDK-nin Bakı nümayəndəliyinin əməkdaşı Samir Yoldaşov öz növbəsində dini ekstremizmlə mübarizədə DQİDK-nın fəaliyyəti barədə məlumat verdi və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi. Daha sonra çıxış edən F.Aslanova gəncləri elmə-təhsilə daha çox diqqət ayırmağa səslədi.

        Çıxışlar bitdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Şəhadət” filmi nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi