“Kitabxanaya yazıl – mədəni və ziyalı ol!” devizi altında tədbir keçirildi

        Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-i məktəbimizdə uşaqlar və yeniyetmələr arasında kitab və mütaliənin təbliğatı, məktəblilərin kitabxanaya cəlb olunması məqsədilə tədbir keçirdi.

        Tədbirdə məktəbin direktoru Natəvan Əsədova, məktəbin rus dili müəlliməsi İnarə Cəfərquliyeva, valideyn komitəsinin sədri Xatirə İmanova, Binəqədi rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Ş.Ağayeva, Uşaq şöbəsinin müdiri S.Sərdarova, baş kitabxanaçı A.Əliyeva iştirak etdi. Tədbiri məktəbin direktoru Natəvan Əsədova açdı, qonaqları salamladı və sözü kitabxananın əməkdaşlarına verdi.

        Binəqədi rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Ş.Ağayeva kitabxananın tarixi, şöbələri, kitabxana fondu haqqında şagirdlərə məlumat verdi, kitabxananın həyata keçirtdiyi tədbir və layihələr haqqında maraqlı slayd təqdim etdi. Binəqədi rayon MKS-nin Uşaq şöbəsinin müdiri S.Sərdarova şagirdlərə Uşaq şöbəsi, “Nağıl otağı”, “Bacarıqlı əllər” guşəsi haqqında məlumat verdi və şagirdləri gətirdiyi uşaq ədəbiyyatı ilə onları yaxından tanış etdi.

        Daha sonra Binəqədi rayon MKS-nin baş kitabxanaçı A.Əliyeva məktəblilərə Oxu zalının xidmətləri haqqında, kitabla davranış, kitabxanaya üzv olmaq qaydaları haqqında geniş məlumat verdi. Oxu zalında olan nüsxələri uşaqlara təqdim edərək, onlar haqqında ətraflı danışdı. Sonda uşaqları maraqlandıran suallar cavablandırıldı.

        Tədbir “Kitabxanaya yazıl – mədəni və ziyalı ol!” devizi altında həyata keçirildi. Tədbirin məqsədi uşaqlar və yeniyetmələr arasında mütaliə vərdişlərini, kitab oxumaq ənənəsini formalaşdırmaq, məktəbliləri kitabxanalara cəlb etmək olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi