Ümummilli lider Heydər Əliyevin anım günü

     12.12.2017-ci il tarixində məktəbimizdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə VI, VII, X, XI sinif şagirdləri, müəllimlər və məktəbin direktoru iştirak edirdi. Tədbiri məktəbimizin qabaqcıl tarix müəllimlərindən biri Vətən Hüseynov açaraq tədbir iştirakçılarını salamladı. Vətən Hüseynov çıxışında Heydər Əliyevin Azərbaycan xalqına və onun tarixinə verdiyi qiymətin əvəzsiz olduğunu qeyd etdi. Daha sonra şagirdlərimiz Ümummilli liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər tədbir iştirakçılarına Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi