Akademik Vaqif Abbasov ilə görüş keçirilib

    Dekabrın 7-də məktəbimizdə AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov başda olmaqla institutunun baş texnoloqu, kimya üzrə elmlər doktoru İsmayıl İsmayılov, İnformasiya və telekommunikasiya şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yengibar Əliyevlə görüş keçirilib.

    Akt zalında keçirilən görüşdə qonağı salamlayan məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Əsədova Natəvan Şükür qızı 2016-cı ildə “İmzalı görüş” layihəsi çərçivəsində keçirilən Vaqif Abbasovla görüşdən, 2017-ci il oktyabr ayında XI sinif şagirdlərinin Neft-Kimya Prosesləri İnstitutunda olmalarından, Y.H. Məmmədəliyevin momerial muzeyi ilə tanışlığından söhbət açdı. Təhsildə keyfiyyətin artmasında əsas meyarlardan birinin öyrənməyi öyrənmək olduğunu diqqətə çatdırdı.

    Akademik Vaqif Abbasov Şagirdlərin kimya və digər elmlərin sirlərinə dərindən yiyələnməsində, onların hərtərəfli inkişafının və dünyagörüşünün formalaşmasında elmi məlumatlarla zəngin olan NKPİ.az saytının rolunu xüsusi vurğuladı. Sonra akademik sayt haqqında geniş məlumat verərək şagirdləri maraqlandıran sualların cavablarını burada axtarmağı tövsiyə etdi. Akademik Vaqif Abbasov məktəbin 9-10-cu sinif şagirdləri ilə dialoq şəklində səmimi söhbət apardı, onların çoxsaylı suallarına cavab verdi, dolğun cavabı ilə seçilən IX sinif şagirdi Qələndərova Ləmana kitablarını hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi