"Sağlam davranış" layihəsi
06.12.2017-ci il tarixdə məktəbimizdə "Sağlam davranış" layihəsinin təqdimatı baş tutdu. "Sağlam davranış" layihəsinin əməkdaşları müəllim və şagirdlərlə birgə hazırda cəmiyyətdəki davranışlarımızı müzakirə etdi. Şagirdlər də bu gündən sonra hansı davranışlara yox dediklərini, hansı gözəl davranışları tətbiq edəcəklərini paylaşdılar. Faydalı olmaq gözəldir!