Kitabxana işinin düzgün formalaşdırılması məqsədi ilə təlim keçirilib
Kitabxana işinin düzgün formalaşdırılmasına dəstək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi-Pedaqoji kitabxananın birgə əməkdaşlığı çərçivəsində təlimlərə start verilib. Təlimlər 2 ana istiqamət- “Kitabxana İşinin Təşkili və İdarə olunması” və “Kitabxana İşinin Təşkili zamanı İKT-dən İstifadə Üsulları və Proqram Təminatı” üzrə əməkdaş qurumun peşəkar təlimçiləri Səyyarə Məmmədova və Gülər Əhmədova tərəfindən həyata keçirilib. Bu məqsədlə məktəbimizin kitabxana işçisi Sara Vəliyeva 20.11.2017-01.12.2017-ci il tarixlərdə həmin təlimlərdə iştirak etmiş və təlimi müvəffəqiyyətlə başa çatdırmışdır. Eyni zamanda Respublika Elmi Pedaqoji Kitabxana tərəfindən məktəbimizə kitabxana fondunun zənginləşdirilməsi məqsədilə müxtəlif kitablar hədiyyə olunmuşdur.