Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi keçirildi

29 noyabr tarixdə məktəbimizdə Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin qeyd edilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ümumtəhsil sektorunun əməkdaşı Fərman Abdullayev və məktəbin müəllim – şagird kollektivi iştirak etmişdir. Tədbir şagirdlərin ifasında bədii hissə ilə başladı. Bəddi hissədə şagirdlər M.P.Vaqifin həyat və yaradıcılığı haqqında məlumat verdilər, onun şerlərini və həmin şerlərə yazılan mahnıları səsləndirdilər. Daha sonra şagirdlərin ifasında Səməd Vurğunun “Vaqif” dramından “Vaqif və Qacar dialoqu”nu əks etdirən səhnəcik canlandırıldı. Bədi hissə bitdikdən sonra rəsmi çıxışlara start verildi. İlk çıxış edən məktəbin direktoru Natəvan Əsədova qonaqları salamlayaraq M.P.Vaqifin yaradıcılığı haqqında iştirakçılara məlumat verdi. Daha sonra çıxış edən BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ş.Gülverdiyev bildirdi ki, hələ 1982-ci ildə Ulu Öndər tərəfindən M.P.Vaqifin Şuşada mavzoleyini ucalmışdır. Sonradan torpaqlarımızın işğalı nəticəsində mənfur ermənilər tərəfindən həmin mavzoley dağıdılmışdır. Ardınca Ş.Gülverdiyev qeyd etdi ki, prezident İlham Əliyevin sərəncamı ilə 12 yanvar 2017-ci ildə M.P.Vaqifin anadan olmasının 300 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Növbəti çıxış üçün kürsüyə dəvət olunan BŞTİ-nin əməkdaşı Fərman müəllim məktəbimizdə belə bir tədbirin keçirilməsinin təqdirəlayiq hesab olunduğunu qeyd etdi. Çıxışlar bitdikdən sonra iştirakçılarla xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi