"Valideyndən öyrənək" adlı təlim sessiyalarına start verilib

"Məktəblinin dostu" layihəsi çərçivəsində məktəbimizdə "Valideyndən öyrənək" adlı təlim sessiyalarına start verilib. Təlimin məqsədi ibtidai sinif şagirdlərində yaranan və yarana biləcək psixoloji problemlərin valideynlər ilə birlikdə aradan qaldırılmaq və bu yöndə maarifləndirici söhbətlər aparmaqdır. Həftədə bir dəfə olmaqla valideynlərlə təşkil edilən qrup müzakirələrinin artıq 2 görüşü yekunlaşıb. II təlimdə uşaqların "inkişaf zonası" və adoptasiya problemleri mövzuları müzakirə edilib. Valideynlər sonda bu cür maarifləndirici təlimlərin aparılmasını müsbət qarşıladıqlarını bildiriblər. Qeyd edək ki,  "Valideyndən öyrənək" təlimləri noyabr ayından etibarən hər həftə uşaq psixologiyasına dair müxtəlif mövzuları əhatə edərək davam etdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi